Urmu gölü canlanmayıb, əksinə əbədi ölüm astanasındadır.
Vətəninfo.az xəbər verir ki, İran prezidentinin başçılıq etdiyi İbrahim Rəisi hökumətinin iddialarını rədd edən dairələr iqtisadi problemlərdən sonra ekoloji problemlərə də toxunub. Belə ki, hökumət rəsmiləri Urmu gölünün bərpasını iddia edərkən, ekspertlər bu ekosistemin tamamilə məhv olduğunu, media isə hökumətin “xalqı aldatdığını” deyir.
Bir sıra qəzetlər prezident Rəisinin bu ilin mart ayında Qərbi Azərbaycan əyalətinə səfəri zamanı verdiyi müsahibəsinə istinadən yazıb ki, Rəisi gölün bərpasını sadəcə Kənisib bəndindən su ötürmə kanalının açılışından ibarət olduğunu və bu sahədə başqa heç bir problemin həll olunmadığını etiraf edib.