image-indirbackend

İran mediası: “ABŞ Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmaq istəyini gizlətmir”

image-reklam_sirab_01

İranın “Aran News” saytı “ABŞ və müttəfiqlərinin Ukrayna və Rusiyada müharibəni alovlandırmaqla yaratmağa çalışdıqları vəziyyətdən istifadə edərək Cənubi Qafqazda Amerika sülh modelinin məqsəd və nəticələri” başlıqlı yazı dərc edib. Vətəninfo.az oxucuların marağını nəzərə alıb həmin yazını ixtisarla dərc edir.

Yazıda deyilir: “ABŞ və Avropa İttifaqının Cənubi Qafqazda Qərbin maraqlarını təmin etmək, Rusiya və Şərq dövlətlərinin təsirinə qarşı çıxmaq imkanı ilə sülh yaratmaq səyləri, dünyanın birqütblüdən çoxqütblüyə doğru sürətli tarixi dönüşünü nəzərə alaraq, intensiv xarakter alıb.
Əsrlər boyu Rusiya İmperiyasının və SSR-nin tərkibində olan Qafqaz indi müxtəlif siyasi və iqtisadi maraqların çox vaxt toqquşan qarşılıqlı fəaliyyət və mübarizə meydanı olub. Avropa və Asiyanın kəsişməsində yerləşən bu region ABŞ və Avropa İttifaqının Yaxın Şərqdə, eləcə də Xəzər, Qara və Aralıq dənizlərində təsirini genişləndirmək üçün əlverişli baza sayılır, həm də bu bölgələr arasında əlaqə rolu oynaya bilər.
ABŞ Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmaq istəyini gizlətmir və öz səylərini gücləndirmək üçün, Vaşinqton İrəvandakı səfirliyinin işçilərində dəyişiklik etməyi planlaşdırır. Hazırkı həssas vəziyyəti nəzərə alan Vaşinqton Ermənistanda fəaliyyətini artırmaq qərarına gəlib.
Həmçinin, Bayden administrasiyasının həyata keçirdiyi Rusofobiya siyasətinin inkişaf etidirilməsi istiqamətində ABŞ, Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq yönündə səylərini gücləndirib. Vaşinqton Rusiyanın Ermənistanda və Qarabağdakı hərbi mövcudluğunun aradan qaldırılmasına xüsusi diqqət yetirir ki, bu da ABŞ-ın təfsirinə görə, Amerika modelləri əsasında Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münaqişələrinin yekun həllinə mane olur.
Hər halda Vaşinqtonun planlarına görə, Ermənistan-Azərbaycan, eləcə də Türkiyə-Ermənistan sərhədləro açılsa, Ermənistandakı 102-ci Rusiya hərbi bazasının, Rusiya sərhədçiləri və Rusiya sülhməramlı qüvvələrinin Qarabağda olması öz mənasını itirəcək, sonra isə ABŞ onların Ermənistandan getməsi üçün təzyiqi artıra bilər.
Ona görə də, Vaşinqton Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinə “Amerika sayağı” müdaxilə edir. Əgər tərəflər arasında “sülh müqavilələri” imzalansa, artıq silahlı münaqişə təhlükəsi qalmayacaq və o zaman Vaşinqton Rusiyanın Ermənistandakı hərbi mövcudluğunu aradan qaldırmaq planlarını həyata keçirə biləcək”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki