image-555backend

İran nəşrindən təxribatçı yazı:” Astananın Bakı ilə yaxınlaşması; İrana qarşı yeni təhlükə formalaşır?”

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, İranın Nameh News saytı təxribatçı yazı ilə çıxış edib. Sayt Azərbaycan və qazaxıstan yaxınlaşmasını İrana təhdid adlandırıb.

“Azərbaycanla Qazaxıstanın yaxınlaşması iqtisadi sazişlər, yol tikintisi və gəmiçilik sahəsində müxtəlif əməkdaşlıqlar vasitəsilə start götürüb, lakin o, yaxın illərdə siyasi mərhələyə də keçə bilər, belə olan halda, İranın şimalında böyük gücün formalaşması ehtimalı yüksəkdir.
Dünyanın və regionun siyasi şəraiti sürətlə dəyişir. İran Səudiyyə Ərəbistanı və digər Yaxın Şərq ölkələri ilə münaqişə və mübahisələrini həll edərkən, Tehranın Qafqaz və keçmiş SSRİ ərazilərindəki potensial rəqibləri güclənməkdədir. Siyasi gücü günü-gündən artan həmin ölkələrdən biri də Qazaxıstandır. Qazaxıstanın güclənməkdə olan digər ölkə – Azərbaycanla yaxınlaşması İranın şimalında bir sıra proseslər yarada bilər.
Qazaxıstanın Azərbaycanla yaxınlığı və Xəzər dənizi ərazisində yeni gücün meydana çıxması
“National Interest” nəşri Qazaxıstanın strateji mövqeyini və hazırda olduğu xüsusi vəziyyətini nəzərdən keçirdikdən sonra Qazaxıstanın Azərbaycanla yaxınlaşması ehtimalının yüksək olduğunu vurğulayır.
Qeyd edilir ki, bu iki ölkə Xəzərin hər iki sahilində yerləşir və hər ikisi Sovet İttifaqından ayrılmış ölkələr sırasındadır ki, bu da onların tarixi, mədəni və coğrafi yaxınlığını göstərir.
Sitat: “Bu iki ölkənin hər birinin müxtəlif iqtisadi resursları var. Qazaxıstanla yanaşı, Azərbaycan da Cənubi Qafqazda mühüm oyunçudur və Avropa ilə Asiyanı birləşdirən neft və qaz təchizatı üçün vacib tranzit qovşağı sayılır. Azərbaycan və Qazaxıstan arasında bu yaxınlarda imzalanmış ikitərəfli saziş bu iki ölkəni həmişəkindən daha çox bir-birinə yaxınlaşdıra bilər”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki