İranın ən quraq əyalətlərindən biri hesab edilən Sistan və Bəlucistanda daşqınlar nəticəsində azı 133 nəfər zərər çəkib.
Vətəninfo.az xəbər verir ki, bu barədə İranın Qızıl Aypara Cəmiyyətinin yerli departamentinin rəhbəri bildirib.
Onun sözlərinə görə, son bir həftə ərzində xilasedicilər vilayətin iki cənub rayonunda 133 nəfərə yardım edib.
Daşqına Sarbaz çayının daşması səbəb olub. Çayda suyun səviyyəsi 1985-ci ildən bəri ən yüksək səviyyəyə çatıb.
Təbii daşqınlar nəticəsində bənd zədələnib, 80 ev su altında qalıb. Yerli hakimiyyət çayın yenidən daşqın təhlükəsi ilə bağlı xəbərdarlıq edib.