“Middle East Eye” saytı İran mənbələrinə istinadən yazıb ki, İslam Respublikası ilə ABŞ arasında nüvə danışıqları amerikalı məhbuslarla bağlı fikir ayrılığına görə təxirə salınıb.
Adları açıqlanmayan iranlı mənbələrin sözlərinə görə, rəsmi Vaşinqton İranda həbsdə olan sayca dördüncü amerikalı məhbusun azad edilməsini istəyir, lakin İslam Respublikasının aidiyyatı qurumları bu məsələdə bir-biri ilə razılaşmır.
İslam Respublikası daxilindəki bu fikir ayrılıqları öz növbəsində Tehran və Vaşinqton arasında müvəqqəti nüvə razılaşması əldə etmək səylərinə mane olub.