image-8backend

İrana qarşı yeni sanksiyalar

image-reklam_sirab_01

Avropa İttifaqı (Aİ) İrana qarşı yeni sanksiyaları təsdiq edib.

Vətəninfo.az xəbər verir ki, bu barədə yekun qərar Aİ-nin rəsmi jurnalında dərc olunub.

“İranın pilotsuz uçuş aparatları istehsal etmək qabiliyyətini artıra biləcək mal və texnologiyaların Aİ mənşəli olub-olmamasından asılı olmayaraq, ölkədə istifadəsi üçün İrandakı hər hansı fiziki və hüquqi şəxsə birbaşa və ya dolayı yolla satılması, tədarükü, ötürülməsi və ya ixracı qadağandır”, – qərarda bildirilir.

Qeyd edək ki, bu, Aİ-nin İrana qarşı üçüncü sanksiyalar paketidir. Birincisi İranın nüvə və raket proqramlarına qarşı yönəlib, ikinci sanksiyalar mexanizmi isə bu ölkədə insan haqlarının pozulması iddiaları ilə bağlı tətbiq olunub.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki