DEAŞ terror qruplaşmasının üzvləri İranın Fars əyalətinin Şiraz şəhərində Şah-Çerağ məqbərəsinə edilən hücuma görə məsuliyyəti öz üzərinə götürüblər.
İranın Şiraz şəhərində Şah-Çerağ məqbərəsinə silahlı basqın zamanı 4 nəfər həyatını itirib, 8 nəfər yaralanıb.
Şah-Çerağ məqbərəsinə terrorçular tərəfindən silahlı basqın edilib.
Fars valiliyindən verilən açıqlamada, hücumda indiyədək 4 nəfərin öldüyü, 8 nəfərin yaralandığı bildirilib.
Açıqlamada yerli vaxtla saat 19.30 radələrində iki hücumçunun məqbərənin girişində mülki şəxslərə təsadüfi atəş açdığı, hücum edənlərdən birinin tutulduğu, digərinin isə qaçdığı bildirilib.
Hücumdan sonra məqbərənin çöl girişlərinə bağlandığı və ətrafda sıx təhlükəsizlik tədbirləri görüldüyü bildirilib.
Xatırladaq ki, 26 oktyabr 2022-ci ildə 3 terrorçunun Şah-Çerağ məqbərəsinə təşkil etdiyi silahlı hücumda 13 nəfər həyatını itirdi.
Terror təşkilatı DEAŞ sosial mediada yayımladığı yazılı açıqlamada hücumun məsuliyyətini üzərinə götürdüyünü açıqlayıb.
Hücumun səbəbkarlarından ikisi iyulun 8-də edam edilib.


























