image-dd9c00d0-9fbc-11ed-beb6-bd869aec2ec0backend

İrandan riyakar qərar: Azərbaycanın yardımından imtina edib, Rusiyadan…

image-reklam_sirab_01

İran Rusiyadan humanitar yardımı qəbul edib.

Vətəninfo.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

İran mediası Rusiyadan Güney Azərbaycanın Xoy şəhərində baş vermiş zəlzələdən zərər çəkənlərə humanitar yardımının artıq yola düşdüyünü yazır.

Bundan əlavə, Rusiyanın İrandakı səfirliyi zəlzələdən zərərçəkənlərə yardımın ilk partiyasının sabah göndəriləcəyi ilə bağlı xəbər yayıb.

Rusiyanın göndərdiyi yardım Ermənistan ərazisindən keçməklə İrana ötürüləcək.

Bundan əvvəl molla rejimi Türkiyə və Azərbaycanın yardımından imtina edib. Üstəgəl, rejimin özü də indiyədək güneyli soydaşlarımıza yardım əli uzatmır. Yüzlərlə insan soyuqda küçələrdə yardım gözləyir. Bir neçə gün əvvəl rejimin başçısı İbrahim Rəisinin Xoya səfəri də bu duruma təsir etməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki