image-bombabackend

İranı bombalamaqdan başqa çarə yoxdur- İsrailin keçmiş milli təhlükəsizlik müşaviri

image-reklam_sirab_01

İsrail və İran arasında gərginlik hər keçən gün artdıqca Qüds Strategiya və Təhlükəsizlik İnstitutunda çalışan İsrailin keçmiş milli təhlükəsizlik müşaviri Yaakov Amidror “İranı bombalamaqdan başqa seçim yoxdur” deyib.

 

Veteninfo.az xəbər verir ki, İsrailin keçmiş milli təhlükəsizlik müşaviri, Qüds Strategiya və Təhlükəsizlik İnstitutunda çalışan Yaakov Amidror İranın nüvə ambisiyaları ilə bağlı ilk xəbərdarlığını 1990-cı illərin əvvəllərində hərbi kəşfiyyatda xidmət edərkən edib.

 

BBC Türkcə xəbər verir ki, Amidror, “İran hər keçən gün bir bomba hazırlamağa yaxınlaşdıqca, İsrail arxada oturub gözləyə bilməz. Bunu necə dayandıracağına dair qərarını tezliklə verməli olacaq”- deyir və əlavə edib ki, İranı bombalamaqdan başqa çarə yoxdur.

 

Qeyd edək ki, İsrail bundan əvvəl də iki dəfə nüvə reaktorlarını bombalamışdı, bir dəfə 1981-ci ildə İraqda, 2007-ci ildə isə Suriyada.

 

Lakin analitiklər İsrailin İranın daha təkmil nüvə proqramını dayandırmaq üçün kifayət qədər mürəkkəb hücuma keçə biləcəyinə şübhə ilə yanaşırlar. Çünki İranın nüvə proqramı bir çox müxtəlif yerləri əhatə edir, bəzilərində yeraltı qurğular da var. Belə bir hücumun nəticəsinin nə olacağı isə bəlli deyil.

Rəsmi Tehran isə bildirib ki, onun nüvə obyektlərinə hücum edilərsə, hamını “şok edəcək” cavab verəcək.

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki