image-364562_res_00backend

İranın ABŞ-ın boğucu sanksiyalarından necə yayındığı məlum oldu

image-reklam_sirab_01

İran öz iqtisadiyyatı üzərinə ABŞ-ın boğucu sanksiyalarından yan keçmək üçün bitcoin mədənçiliyindən istifadə edir. “Elliptic” firmasının blokçeyn analitiklərinin təxminlərinə görə qlobal bitcoin mədənçiliyinin 4.5 faizi İranda həyata keçirilir. Bu, İrana kriptovalyutada yüz milyonlarla dollar qazanmağa və bu puldan “sanksiyalardan yan keçərək xarici alış-veriş etmək” imkanı verir.

ABŞ sanksiyaları indiyədək İranın bank sistemini ciddi sarsıdıb və ölkəni neft ixracından məhrum edib. İranın valyuta gəlirinin 70 faizi neft sektorunun payına düşür və bu səbəbdən sanksiyalar ölkə iqtisadiyyatı üçün dağıdıcı təsir göstərməkdədir.

 

Qeyd edək ki, bitcoin və başqa kriptovalyutalar “mədənçilik” kimi tanınan proseslə yaradılır. Bu zaman çox güclü kompüterlər qəliz riyasi düsturları və tapmacaları çözmək üçün yarışırlar. Proses həm də nəhəng elektrik enerjisi sərfini tələb edir.

“Elliptic” firmasının təhqiqat nəticələrində deyilir: “İran bitcoin mədənçiyinin sanksiyalar altında olan və xarici valyuta korluğçəkən, amma nefti və qazı olan iqtisadiyyat üçün cəlbedici fürsət olduğunu dərk edib.

İranın kriptomədənçiliyi son illərdə inkişaf edib. Buna hökumətin iqtisadiyyata ucuz elektrik satması imkan verib. Lakin hökumət əldə olunmuş kriptovalyutanın mərkəzi banka verilməsini tələb edir.Ucuz elektrik bir sıra xarici mədənçiləri, xüsusilə də Çindən olanları İrana cəlb edib.

“Elliptic” bildirir ki, İran əldə olunmuş kriptovalyuta ilə icazəli malların idxalını həyata keçirir. Londonda mənzillənmiş “Elliptic”  bfirmasının araşdırmasında o da deyilir  ki, İran kriptovalyutadan onun sanksiyalar altında olan maliyyə sistemindən idxal mallarının ödənməsi üçün istifadə edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki