Vətəninfo.az İran mediasına istinadən xəbər verir ki, İranın İdman və Gənclər naziri Həmid Səccadi helikopterin qəzaya uğraması nəticəsində aldığı xəsarətlərə görə indiyədək iki dəfə istefa ərizəsini prezident İbrahim Rəisiyə təqdim edib.
Məlumata görə o, helikopter qəzasında dalağından aldığı zədə səbəbindən hazırda xəstəxanada müalicə olunur.


























