image-reklam-veteninfo
image-1backend

İranın zərbələri ABŞ-ın kəşfiyyat obyektlərinə milyardlarla dollar ziyan vurub

image-reklam-veteninfo

ABŞ-ın Yaxın Şərqdəki kəşfiyyat infrastrukturuna İranın raket və pilotsuz uçuş aparatları ilə endirdiyi zərbələr nəticəsində milyardlarla dollar həcmində zərər dəyib.

Bu barədə NBC News telekanalına mənbələr məlumat verib.

Onların sözlərinə görə, İranın hücumları regiondakı ABŞ kəşfiyyat obyektlərinə misli görünməmiş zərər vurub. Zərərin miqyası ABŞ xüsusi xidmətlərinin indiyədək qeydə aldığı bütün itkiləri üstələyir.

Mənbələr bildiriblər ki, Vaşinqtonun bu infrastrukturu bərpa etməsi üçün milyardlarla dollar vəsait tələb olunacaq. Bu məlumatı digər mənbələr də ABŞ-ın Yaxın Şərqdəki hərbi obyektlərinə genişmiqyaslı ziyan dəydiyini bildirərək qismən təsdiqləyir.

“NBC News” qeyd edir ki, İranın zərbələri həmçinin ABŞ Dövlət Departamentinin, Pentaqonun və Amerika kəşfiyyat icmasının regiondakı ölkə obyektlərinin lazımi səviyyədə qorunmasını təmin etmək qabiliyyətini sual altına qoyur.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki