İranlı məşhur aktrisa Əfsanə Bayiqan hicaba görə Prokurorluğa çağırılandan bir neçə gün sonra açıqlama yayaraq, “hörmətsiz aktyorluq sahəsindən” çəkildiyini bildirib. Vətəninfo.az xəbər verir ki, xanım Bayiqan “İnstaqram” səhifəsində yazıb ki, onun səhvə yol vermədiyi incəsənət fəaliyyəti və ictimai ləyaqəti illərdir yanlış iddialarla üzləşib və onun fikrincə, heç bir izaha və müdafiəyə məhəl qoyulmur və eşidilmir.
“Belə olarkən bildirməliyəm ki, hörmətsiz aktyorluq sənətindən geri çəkilməyi məqsədəuyğun hesab edirəm”-deyə, o, qeyd edib.