image-nocomment_fd1b95901e71ebd36559975a2daafc4a_o4rzi67ayphm5b1gl2u3backend

İranlı sürücülər Ermənistanı Gorus yaxınlığındakı yolu bağlamaqla hədələyirlər

image-reklam_sirab_01

 

Veteninfo.az xəbər verir ki, Azərbaycanın Gorus-Qafan yolunun 21-ci km.də sərhəddin Azərbaycan hissiəsinə düşən yolda polis məntəqəsi yaratması, İrandan Ermənistana yük aparmaq adı altında,bu avtomobillərin Azərbaycanın rus sülhməramlı qüvvələrinin nəzarəti altındakı Xankəndi şəhərinə yük daşıdığın müəyyən etməsi ilə,irandan olan avtomobillər ciddi şəkildə yoxlanılır.

Məlumata görə, Qafan-Gorus yolunda Ermənistana geütmək istəyən,əslində isə qanunsuz olaraq Azərbaycan Respublikasının ərazisinə,Xankəndinə yük aparan avtomobillər, İran-Ermənistan sərhəddini keçərək, Meqridə qalıblar. Erməni telgram kanalları xəbər verir ki,Gorusda sıxışan İran yük maşınlarının sürücüləri Azərbaycan postunun keçməsi üçün pul tələb etdikləri üçün yolu bağlamaqla hədələyirlər. Əmir adlı sürücü bildirib ki, iranlılar üç gündür Vorotan yaxınlığında dayanıblar və azərbaycanlılara ödəməyə pulu olmadığı üçün keçə bilmirlər.

Əmir deyir ki, artıq Meqridə erməni gömrüyündə pul ödəmişəm, niyə bir daha ödəməlidir. Yanacaq daşıyan maşının keçməsi üçün 350 dollar tələb edirlər. Sürücülər problemi bir neçə saat ərzində həll edilməzsə yolu bağlayacaqları ilə hədələyirlər. Bu ərazidə təxminən 50 İran yük maşını yığılıb.

Əmir mediasından bu məlumatı Ermənistanın Baş naziri Nikol Paşinyanın diqqətinə çatdırmağa çağırıb.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki