image-ihabackend

İraqın Rusiyadan MiQ-29 yerinə Türkiyədən Bayraktar TB2 İHA alacaq

image-reklam_sirab_01

Rusiya mətbuatında çıxan xəbərlərdə Rusiyadan MiQ-29 döyüş təyyarələri almağa qərar verən İraq rəhbərliyinin bu qərardan imtina edərək Türkiyədən Bayraktar TB2 tipli pilotsuz uçuş aparatı (PUA) almağa qərar verdiyi iddia edilib.

Veteninfo.az xəbər verir ki, Rusiya mətbuatı İraqın Türkiyədən Bayraktar TB2 tipli pilotsuz uçuş aparatını (PUA) alacağını iddia edib.Xəbərdə İraq Müdafiə Nazirliyinin İraq hava məkanının qorunması üçün hökumətdən Rusiya istehsalı olan MiQ-29 döyüş təyyarələri tələb etdiyi və İraq hökumətinin də bu tələb istiqamətində Rusiya ilə əlaqə saxladığı bildirilib.İraqın Rusiya döyüş təyyarələrinə marağının ABŞ-ın reaksiyasına səbəb olduğu iddia edilən xəbərdə İraqın ABŞ-ın sərt reaksiyasından sonra Rusiya döyüş təyyarələrini almaqdan imtina etdiyi  iddia edilib.Xəbərdə ABŞ-ın reaksiyasına görə İraqın Türkiyə istehsalı olan Bayraktar TB2 pilotsuz uçuş aparatı (PUA) almağa qərar verdiyi iddia edilib və “İraq səlahiyyətliləri 100 milyon dəyərində Bayraktar TB2 pilotsuz uçuş aparatlarının alınmasına icazə verib.

Məlumata görə, iraqın hərbi üdccəsinə  uyğun olaraq  Bağdat Türkiyədən 20 ədəd Bayraktar TB2 almağı planlaşdırdığı ifadə edilib və İHA-ların nəzarətsiz İraq-Suriya sərhədində, İraqın dağlıq bölgələrində və səhralarda istifadə ediləcəyi iddia edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki