image-1backend

İrəvan geri çəkilir: Rusiya erməniləri necə tələyə salır?

image-reklam_sirab_01

Ermənistan Baş naziri Nikol Paşinyan son zamanlar tez-tez ölkəsinin “iqtisadi uğurları” barədə danışmağı, hətta bununla bağlı rəqəmlər səsləndirməyi sevir. Lakin mütəxəssislərə yaxşı bəllidir ki, bütün bu “uğurlar” Rusiyanın Ukraynaya qarşı başlatdığı işğalçılıq müharibəsi nəticəsində Moskvanın ona qarşı tətbiq edilən sanksiyalardan yayınması üçün Ermənistanın tranzit, “boz sxemlər” ölkəsi kimi istifadə edilməsilə bağlıdır.

Vətəninfo.az xəbər verir ki, Ermənistan Maliyyə nazirinin müavini Vaan Sirunyan parlamentin maliyyə, kredit və büdcə məsələləri daimi komissiyasının iclasındakı çıxışında iqtisadi göstəricilərin artmasının məhz Rusiya ilə bağlı olduğunu etiraf edib. O, çıxışında deyib ki, 2023-cü ilin 9 ayı ərzində Ermənistandan Rusiyaya mal ixracının artmasına reeksport əməliyyatları əhəmiyyətli dərəcədə təsir göstərib. Yəni , Rusiya üçün nəzərdə tutulan malların Ermənistana idxalı və oradan Rusiyaya ixracı sayəsində rəqəmlərdə cidi artım var.

Surinyan bildirib ki, məhz Rusiya-Ukrayna müharibəsi sayəsində Ermənistana böyük sayda insan və maliyyə axını baş verməkdədir: “Rusiya-Ukrayna münaqişəsi kontekstində Rusiyadan Ermənistana böyük insan və kapital axını davam edir. 2023-cü ilin 9 ayı ərzində Rusiyaya mal ixracında ötən ilin eyni dövrü ilə müqayisədə demək olar ki, 85 faiz artım reeksport hesabına əldə olunub. Bunun cəmi 4.4 faizini Ermənistan mənşəli malların ixracı təşkil edir”.

Nazir müavini əlavə edib ki, 2023-cü ilin 9 ayı ərzində Ermənistana gələn turistlərin də sayı artmaqda davam edib – 48,4 faiz. Lakin bu göstərici də Rusiyanın hesabına əldə olunub. Belə ki, Rusiyadan gələn turistlərin sayı demək olar, 30 faiz artıb.

Xatırladaq ki, Ermənistan hazırda Rusiya hərbi sənayesinin Qərb elektronikası və texnologiyaları ilə “boz sxemlər” vasitəsilə təmin edən əsas ölkələrdən biridir. Lakin nədənsə, kollektiv Qərb Ermənistanın işğalçı Rusiyanın hərbi sənayesinə göstərdiyi bu “xidməti” heç cür görmür…


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image