image-isa-qemberbackend

İsa Qəmbər: Gorus-Qafan yolunun bağlanması düzgün addım idi

image-reklam_sirab_01

Veteninfo.az xəbər verir ki, Müsavat Partiyasının sabiq sədri, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər bir neçə gün öncə Azərbaycan ordusunun Gorus-Qafan yolunun Azərbaycan hissəsini bağlaması ilə bağlı sualı cavablandıran zaman bəyan edib ki, Azərbaycan ordusunun Gorus-Qafan yolunu bağlaması mümkün-düzgün qərarlardan biri idi: “Bu məsələyə bir az geniş konteksdə yanaşılması daha doğru olardı.Ümumiyyətlə bu gerçəyi qəbul eləmək lazımdır ki,Ermənistan hakimiyyətimüharibədən sonra,yaranmış vəziyyətdən maksimum hiyləgərliklə bir sıra məsələləri Rusiyanın öhtəsinə verməsinə baxmayaraq,faktiki olaraq müstəqil dövlət funksiyalarını Rusiya təfil verməklə,məsuliyyətdən kənarlaşmağa çalışır.Eyni zamanda sülh üçün,sərhədlərin müəyyənləşdirilməsi üçün və başqa istiqamətlərdə gərəkən addımları atmamaq üçün də bu cür hiyləgərliklərə əl atır.Belə şəraitdə də təbii ki,Azərbaycan tərəfi öz maraqlarını qorumaq naminə,birsıra addımlar atmalıdır və konseptual yanaşma budursa o zaman həmin konteksdə yolun bağlanması düzgün addımdır”. İsa Qəmbər bildirib ki,absurd bir şeydir ki, Azərbaycan torpaqlarını işğal eləyən Ermənistan tərəfi zamanında Azərbaycan ərazilərindən öz maraqları üçün istifadə eləyiblər: “Yollar çəkiblər,Ermənistan Respublikasının ərazisinə aid bölgələr arasında olan yolların bir hissəsini Azərbaycan ərazisindən çəkiblər.İndi də müharibədən sonra yeni reallıqda Azərbaycan Ermənistanla arasında olan öz sərhədlərinə çıxanda,hay-həşir,dava salırlar ki,Azərbaycan bizim yaşayış məntəqələrimizə yaxınlaşıb və.s,və s.Müxtəlif təxribatlar edirlər.Azərbaycan əsgərinin yaralanması da həmin təxribatlardan biridir.Belə bir şəraitdə Azərbaycan tərəfinin yolu bağlaması,Ermənistana həddini bildirməsi məncə düzgün addımdır./Turan.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki