İspaniya hökuməti Ukraynaya Leopard 2A4 tanklarının və zirehli transportyorlarının yeni partiyasını göndərib. Vətəninfo.az xəbər verir ki, bu barədə TASS Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb .
Mənbənin məlumatına görə, iyulun 24-də Ukrayna üçün nəzərdə tutulan hərbi və humanitar yük daşıyan gəmi Santander limanını tərk edib. Bütün yükün avqustun əvvəlində Kiyevə çatdırıla biləcəyi gözlənilir. “Xüsusən, İspaniyanın göndərdiyi yük hökumətin söz verdiyi dörd Leopard 2A4 tankından ibarətdir, onlar artıq Ukrayna hökumətinə təhvil verilmiş altı Leopard 2-yə əlavə olunacaq”, – nazirlik bildirib.
Departament qeyd edib ki, Kiyevə 10 zirehli maşın, 10 yük maşını, bir neçə təcili yardım maşını və müxtəlif döyüş sursatları da göndərilib.


























