İsrail İrana qarşı hərbi təlimlərə başlayıb. Vətəninfo.az Mashregh News saytına istinadən xəbər verir ki, iki həftəlik təlimin əsas məqsədi İsrailin şimal sərhədlərində genişmiqyaslı müharibənin başlaması ehtimalı ilə əlaqədar hərbi təlimlərin keçirilməsidir.
Bu mümkün müharibədə müxtəlif cəbhələrin, xüsusilə Livan, Suriya, İraq və İranın iştirak edəcəyi və İsrailə qarşı eyni anda hərəkətə keçəcəkləri ehtimal olunur.


























