image-reklam-veteninfo
image-1backend

İsrailin xarici işlər naziri: “İsrailin Azərbaycandakı səfirliyinə hücum planının arxasında İran dayanıb”

image-reklam-veteninfo

İsrailin Azərbaycandakı səfirliyinə hücumun zərərsizləşdirilməsi xəbərinə münasibət bildirən bu ölkənin xarici işlər naziri Eli Koen hücumun arxasında İslam Respublikasının olduğunu bildirib.
Vətəninfo.az xəbər verir ki, bazar ertəsi Azərbaycan hökuməti terror aktını təşkil etməkdə şübhəli bilinən Əfqanıstan vətəndaşını həbs etdiyini açıqlayıb.

“The Times of Israel” xəbər verir ki, Serbiyada səfərdə olan Eli Koen bununla bağlı açıqlamasında qeyd edib:
“İran terrorçuluğu qlobal təhlükədir; necə ki son aylarda Azərbaycanda, Kiprdə və Yunanıstanda o (ölkənin) israillilərə və yəhudilərə hücum etməyə cəhd etdiyinin şahidi olduq”.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki