image-63cd44b4bb66dbackend

İstanbul və Antalya hava limanlarından yeni rekordlar

image-reklam_sirab_01

“İstanbul Hava Limanı Avropanın ən işlək hava limanıdır. İyulun 22-də Antalya hava limanı da bütün zamanların rekordunu qırdı”.

Vətəninfo.az xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu verdiyi açıqlamada deyib.
Nazir EUROCONTROL Avropa Aviasiya İcmal 2023 Dövrü Hava Trafik Statistikaları ilə iyuln 22-də bütün zamanların rekordunu qıran Antalya Hava Limanında sərnişin və uçuş trafikini qiymətləndirib.

Uraloğlu etibarlı və rahat nəqliyyat şəbəkələri ilə dünyanı Türkiyəyə bağladıqlarını, iyulun 22-də Antalya hava limanında bütün zamanların rekordunun qırıldığını bildirib.

“22 İyul şənbə günü 19 min 587-si daxili xətt, 190 min 557-si beynəlxalq xətt olmaqla cəmi 210 min 144 sərnişinə xidmət göstərdik. Həmin gün 111-i daxili xətt, 1051-i beynəlxalq xətt üzrə cəmi 1162 təyyarə hərəkəti həyata keçirildi”, -deyə nazir qeyd edib.

EUROCONTROL Avropa Aviasiya İcmal Hesabatında 10-16 iyul 2023-cü il tarixləri üçün açıqlanan hava trafiki statistikası ilə bağlı Uraloğlu İstanbul Hava Limanının gündə orta hesabla 1487 uçuşla Avropanın ən işlək hava limanı olmasının qürurverici olduğunu bildirib.

Abdulkadir Uraloğlu Türk Hava Yollarının 10-16 iyul dövründə gündəlik orta hesabla 1616 uçuşla ən çox uçuş həyata keçirən hava yolları arasında 3-cü yerdə olmasına da diqqət çəkib.

Digər tərəfdən, iyulun 22-də hava yolu ilə Antalyaya 99 min 149 turist gəlib.

Antalya valisi Ersin Yazıcı sosial media hesabından “Hər həftə rekordları yeniləməyə davam edirik. 22 iyul 2023-cü il şənbə günü Antalya Hava Limanımızdan 98 min 148, Qazipaşa Hava Limanımızdan 1001 olmaqla yalnız beynəlxalq xətlərdən gələn sərnişinlərin sayı 99 min 149 oldu. Cari il Antalyamız üçün rekordlar ilidir” paylaşımı edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki