image-reklam-veteninfo
image-image_750x_64b8defb85595backend

İsveç səfirliyi yandırıldı

image-reklam-veteninfo

Yüzlərlə etirazçı İsveçin Bağdaddakı səfirliyinin binasına basqın edib.
Vətəninfo.az Reuters istinadən xəbər verir ki, yüzlərlə etirazçı səfirliyə od vurub. =
“Reuters”in məlumatına görə, Bağdaddakı etiraz aksiyalarını İraqın “Mehdi Ordusu” şiə təşkilatının lideri Müqtəda Sədr təşkil edib.

Nümayişlərə səbəb İsveçdə baş tutmalı olan Quranın yandırılması aksiyasıdır.
İraq Xarici İşlər Nazirliyi İsveçin Bağdaddakı səfirliyinin binasını zəbt edərək yandıran iraqlı etirazçıların hərəkətlərini pisləyib. Xarici İşlər Nazirliyi Tvitter hesabında bildirib ki, İraq hökuməti hüquq-mühafizə orqanlarına insidentin baş vermə şəraitinin araşdırılması və günahkarların məsuliyyətə cəlb edilməsi barədə göstəriş verib.

İsveç Xarici İşlər Nazirliyi öz növbəsində Reuters agentliyinə səfirliyin bütün əməkdaşlarının təhlükəsiz yerdə olduğunu bildirib. İsveç nazirliyi səfirliyin ələ keçirilməsini pisləyib və İraq hakimiyyətinin diplomatik nümayəndəlikləri müdafiə etməsinin vacibliyini vurğulayıb.

Yanvar ayında ifrat sağçı isveç-danimarkalı siyasətçi Rasmus Paludan İsveçin NATO-ya üzv olmaq planlarını pisləmək üçün Quranı yandırıb. İyunun 28-də İsveçdəki iraqlı qaçqın Stokholmdakı ən böyük məscidin qarşısında Quranın bir neçə səhifəsini yandırıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki