image-reklam-veteninfo
image-tttbackend

İsveçin bu ölkədə bütün fəaliyyətləri dayandırıldı

image-reklam-veteninfo

Taliban müvəqqəti hökuməti Quranın yandırılmasına icazə verdiyi üçün İsveçin Əfqanıstanda bütün fəaliyyətlərini dayandırıldığını açıqladı. Vətəninfo.az xəbər verir ki, hökumətin sözçüsü Zəbihullah Mücahid sosial media hesabında etdiyi paylaşmada yazıb: “Müqəddəs kitabımızın yandırılmasına icazə verdiyi üçün müsəlmanlardan üzr istəyənə qədər İsveçin Əfqanıstandakı bütün fəaliyyətləri dayandırılır.

Quranın yandırılması təkəbbürlü bir hadisədir.

Bütün İslam ölkələri İsveçlə münasibətlərinə yenidən baxmalıdır”.

Xatırladaq ki, Taliban 15 avqust 2021-ci ildə Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra İsveç də daxil olmaqla, bir çox xarici dövlət paytaxt Kabildəki nümayəndəliklərini bağlasa da, İsveçin bəzi yardım təşkilatları ölkədə fəaliyyətlərini davam etdirirdi.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki