image-ivanbackend

İvan Korçok-Əsirlərin qaytarılması ilə yanaşı minalardan təmizlənmə üçün şəraitin yaradılması da lazımdır

image-reklam_sirab_01

Veteninfo.az erməni KİV-nə istinadən xəbər verir ki, Slovakiyanın xarici işlər naziri İvan Korçok Ermənistana rəsmi səfər gəlib. Səfər çərçivəsində erməni həmkarı Ararat Mirzoyanla görüşü. Görüşdə Slovakiyanın xarici işlər naziri İvan Korçok bildirb ki, Qarabağ münaqişəsinin həlli kontekstində alınan etimad tədbirlərini vacib hesab edir: “Erməni hərbi əsirlərin sərbəst buraxılması da daxil olmaqla son vaxtlar görülən etimad tədbirlərini alqışlayırıq. Hərbi əsirlərin və saxlanılan mülki vətəndaşların geri qaytarılması prosesi davam etdirilməlidir. Minalardan təmizlənmə üçün şəraitin yaradılması da lazımdır”
Erməni mediası həmişə olduğu kimi,bu dəfə də rəsmi şəxslərin fikirlərini təhrif etməyi unutmayıb. Belə ki,İvan Korçokun “Slovakiya Avropa İttifaqının üzvü kimi Cənubi Qafqazda sülhü və sabitliyi dəstəkləyir” fikrini “Slovakiya Avropa İttifaqının üzvü kimi ATƏT-in Minsk Qrupu həmsədrlərinin Qarabağ münaqişəsinin həlli səylərini dəstəkləyir”-deyə yayımlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki