image-aaabackend

Jan-Emmanüel Medina: Qarabağ Azərbaycanın ərazisidir, ədalət bərpa olunub

image-reklam_sirab_01

Azərbaycanlılarla 27 Sentyabr – Anım Gününün qeyd etməkdən çox məmnunam. Bu gün həm kədərlənir, həm də sevinirik. Çünki faciəvi hadisəni, şəhidlərin xatirəsini ehtiramla yad etməklə bərabər, 30 il erməni işğalı altında qalan torpaqların azad olmasını da qeyd edirik.

Fransız, xüsusilə də hüquqşünas kimi belə məsələlərə çox həssasam. Qarabağ Azərbaycanın ərazisidir.

Bu fikirləri Strasburqda 27 Sentyabr -Anım Günüilə əlaqədar tədbirdə iştirak edən fransalı vəkil Jan-Emmanüel Medina söyləyib.

O bildirib ki, bu tədbirə dəvət alanda onu razılıqla qəbul edib. “Bu beynəlxalq hüquq məsələsidir. Azərbaycan beynəlxalq hüquqa riayət edərək torpaqlarını azad edib. Azərbaycanlıları Qələbə, ölkələrinin ərazi bütövlüyünü bərpa etmələri münasibətilə təbrik edirəm. Azərbaycan sülhü, ədaləti bərqərar edib”, – deyə vəkil vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki