image-kamalbackend

Kamal Abdulla,Fərhad Bədəlbəyli Moskvada Ruben Babayanla görüşdülər

image-reklam_sirab_01

Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvidkonun vasitəçiliyi ilə dekabrın 23-24-də Moskvada Ermənistanın mədəniyyət və təhsil sahəsinin bir qrup nümayəndəsi Azərbaycanın mədəniyyət və təhsil sahəsinin nümayəndələri ilə görüşüb.

 

Veteninfo.az xəbər verir ki,Azərbaycan tərəfdən görüşdə Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Bakı Dillər Universitetinin rektoru Kamal Abdulla, Bakı Memarlıq və İnşaat Universitetinin rektoru Ayaz Salayev və Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova iştirak ediblər.Ermənistan tərəfindən isə görüşdə Ovannes Tumanyan adına İrəvan Dövlət Kukla Teatrının direktoru, bədii rəhbər Ruben Babayan,İrəvan Dövlət Tibb Universitetinin rektoru  Armen Muradyan, K. Stanislavski adına Rus Dram Teatrının direktoru Marianna Mxitaryan, Ermənistan Kinematoqrafçılar İttifaqının prezidenti Harutyun Xaçatryan. iştirak ediblər.

Məlumata görə, Şvidkoy 2004, 2006 və 2008-ci illərdə belə görüşlərin keçirilməsi təşəbbüsü ilə çıxış edib.  Keçirilən görüşdə Şvidkoy əvvəlcə heç bir siyasi məsələnin müzakirə olunmayacağını bildirib. Görüşün ana xəttini humanist  addımalrın atılması istiqamətində olsa da, Ermənistandan olan iştirakçılar çıxışları zamanı bildiriblər ki, qarşılıqlı inamın yaradılması üçün Azərbaycan tərəfi  müəyyən addımlar atılmalıdır. İlk addım kimi onlar 44 günlük müharibə zamanı Azərbaycan ordusuna əsir düşən Ermənistan ordusunun əsgər və zabitrlərinin qaytarılmasını diqqətə çatdırıblar.

Məlumata görə. Azərbaycanı görüşdə təmsil edən Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Bakı Dillər Universitetinin rektoru Kamal Abdulla, Bakı Memarlıq və İnşaat Universitetinin rektoru Ayaz Salayev və Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova  isə, 1-ci Qarabağ müharibəsi zamanı erməni yaraqlılarına əsir düşən Azərbaycanlıların taleyi ilə bağlı məsələ qaldırmasal da,amma onlar  minalanmış ərazilərlə bağlı narahatlıqlarını bildiriblər.

Keçirilən görüşlə bağlı ətraflı məlumart almaq üçün iştirakçılardan biri Dillər Universitetinin rektoru Kamal Abdulla ilə əlaqə saclamağa çalışsaq da,bu mümkün olmadı.

Vətəninfo.az 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki