Kanada prodüser İosif Priqojin, aktyor İvan Oxlobistin, müğənni Şaman və rejissor Nikita Mixalkova qarşı sanksiyalar tətbiq edib.
Vətəninfo.az xəbər verir ki, bu barədə Kanada hakimiyyətinin bəyanatında deyilir.
Sanksiyalar aktrisa Mariya Şukşina, müğənni Filipp Kirkorov, aktyor Dmitri Xaratyan, müğənni Yuliya Çiçerina, musiqiçi Aleksandr Sklyar da tətbiq edilib.
Qeyd olunur ki, Mixalkovun təsisçisi olduğu “Besoqon” MMC də sanksiyalara məruz qalıb.