image-targovi_210820backend

Karantin tədbirlərinə hazır olmalıyıq – AÇIQLAMA

image-reklam_sirab_01

Qonşu ölkələrdə “Delta” ştammının təsdiqləndiyini nəzərə alaraq, müəyyən karantin tədbirlərinə hazır olmalıyıq.

Veteninfo.az  xəbər verir ki, bunu tibb elmləri doktoru Adil Qeybulla deyib.

Onun sözlərinə görə, “Alfa” ştammı ilə müqayisədə “Delta” 1,85 dəfə daha yoluxucu hesab edilir: “Delta” ştammı “Sars-Cov-2″nin çoxsaylı mutasiyalarından biridir. Burada P-681R mutasiyası baş verir. Bu zaman səthdə olan tikanlı zülalın, buna S zülalı da deyilir, bir fraqmenti dəyişikliyə uğrayır və virus daha yoluxucu xarakter alır. Xəstəliyin gizli dövrü 3 günə qədərdir. Ona görə daha tez aşkar olunur. Əsas əlamətlərdən bir halsızlıq, yüksək temperatur, miqren tipində baş ağrıları, boğaz ağrıları, öskürək və rinitdir”.

Ekspert, həmçinin bildirib ki, dünyada dördüncü bir dalğanın qarşısının alınması üçün xeyli işlər görülür: “ÜST-ün təsdiqlədiyi vaksinlər “Delta”ya qarşı öz həssaslığını saxlayır. Əgər epidemioloji vəziyyət pisləşərsə, bu vaksinklərin hətta üçüncü dozasının vurulması ehtimalı da nəzərə alına bilər. Həmçinin, karantin qaydalarının sərtləşdirilməsi də vəziyyətdən asılı olacaq. Artıq Azərbaycanla qonşu olan ölkələrdə də bu ştamm tapılıb. Hesab edirəm ki, bunu nəzərə almalı və müəyyən karantin tədbirlərinə hazır olmalıyıq. Təəssüflər olsun ki, bu gün əhali arasında sanki karantinin bitdiyi düşüncəsi var. Restoranlarda, ayrı-ayrı yerlərdə biz bunu müşahidə edirik. Əlbəttə, bu, yolverilməzdir. Pandemiyanın davam etdiyini unutmamalı və baş verə biləcək problemlərin qarşısını almalıyıq”./Trend


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki