image-resize-1backend

Keçmiş baş nazirdən sensasion açıqlama: “Ermənistan 8 kəndi Azərbaycana verəcək”

image-reklam_sirab_01

Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan bu gün mətbuat konfransı keçirib. O, Nikol Paşinyanın Azərbaycana Tavuşdan səkkiz kənd, Araratdan bir kənd vəd etdiyini deyib.

Veteninfo.az  xəbər verir ki, Baqratyan həmin bir kəndin Kyarki olduğunu vurğulayıb:

“Onu verdiyimiz təqdirdə Sünikə gedən yolumuz qalmayacaq. Paşinyan oranı azərbaycanlılara verəcək, mən o şeytanı tanıyıram, hamısı eynidir. Ərazidəki azərbaycanlıların əsir götürülməsi üçün heç bir əmr verilmir”.

Baqratyana görə, Azərbaycan Qaragölün bir tərəfində hərbiləşdirilmiş qəsəbə inşa edəcək:

““Rəqib Ermənistanın mövqelər ələ keçirib, Sisian və Gorus şəhərlərinin içməli su aldığı Qaragöl üzərində nəzarəti qurub. Diqqətlə baxsanız, görərsiniz ki, düşmən su olan yeri tutur. Biz inanırıq ki 11 yanvar tarixində ikinci bir bəyanat imzalanıb və üç protokol var. İndiyədək onlardan birini tapmışıq”.

Hrant Baqratyana Ermənistan Konstitusiyasına görə, prezidentin ölkənin ərazi bütövlüyünə cavabdeh olduğunu, lakin Armen Sarkisyanın qorxaqlıq edib qaçdığını bildirib:

“O, Moskvada oturaraq bir şeylər etməyə çalışır. Geri dönməyəcək. Prezidentin özü yox, komandası Azərbaycan neft kəmərini vurmağımıza və Qarabağ müharibəsinə son qoymağımıza icazə verilmədiyi üçün açıqlamalar verir. Mükəmməl bir xəyanətlə qarşı-qarşıyayıq. Azərbaycanlılar Sisianın sərhədində yox, Yerevandadır”.

Baqratyan son olaraq bu gün və sonrakı günlərdə saat 19:00-da Azadlıq Meydanında toplaşmağa səsləyib: “Özümüzlə kağız və qələm gətirəcəyik. Milis heyətinə cəlb olunmaq istəyənlərdən ibarət hərbi hissə yaratmağa çalışacağıq, başqa yol yoxdur”.Yenisabah.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki