Vətəninfo.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski iyulun 6-da Bolqarıstana səfər edib. Prezident Zelenki Bolqarıstanın paytaxtına səfərini Twitter mikrobloqunda açıqlayıb. “Sofiya. Bolqarıstan.
“Mən tezliklə baş nazir Nikolay Denkovla danışıqlar aparacağam, prezident Rumen Radev, rəsmilər, parlamentarilər, siyasətçilər, jurnalistlərlə görüşəcəyəm”, – Vladimir Zelenski yazıb.
İnternetdə Bolqarıstan kilsəsinin keşişinin Zelenskinin kortejinə xaçla necə hücum etməyə çalışdığını, lakin polis əməkdaşları tərəfindən qarşısının alındığını əks etdirən görüntülər yayılıb.