Türkiyənin müxalif CHP partiyasının lideri, prezidentliyə keçmiş namizəd Kamal Kılıçdaroğlu yeni parlament müddətinin başlamasından sonra toxunulmazlığını itirəcək.
“Kilçdaroğlu mayın 14-də keçirilən seçkilərdə deputatlığa namizəd olmadı, çünki o, prezidentliyə namizəd kimi irəli sürülüb.
Vətəninfo.az xəbər verir ki, o, 2002-ci ildən Türkiyə parlamentinin deputatı kimi toxunulmazlığa malikdir.
Prokurorluq Kılıçdaroğluna qarşı açılan 40 cinayət şikayətindən birini təsdiq edərsə, CHP partiyasının lideri məhkəmə qarşısına çıxacaq”, – Türkiyə mediası yazır.