image-image_750x_649538735069ebackend

Kılıçdaroğlu həbs edilir

image-reklam_sirab_01

Türkiyənin müxalif Xalq Cümhuriyyət Partiyasının lideri, prezidentliyə keçmiş namizəd Kamal Kılıçdaroğlu ona qarşı qaldırılan 28 iddiaya görə həbs və siyasi fəaliyyətinə qadağa qoyula bilər. Vətəninfo.az xəbər verir ki, bu barədə  Cümhuriyyət qəzeti yazır.

Kılıçdaroğlunun vəkili Cəlal Çelik bildirib ki, müvəkkilinə qarşı Anadolu Agentliyinin daha əvvəl xəbər verdiyi kimi 18 deyil, 28 iddia qaldırılıb.

Prezident seçkilərində uduzduqdan sonra Kılıçdaroğlu yeni parlamentə daxil ola bilməyib və deputat toxunulmazlığından məhrum edilib.
Qəzet yazır: “Əvvəllər Kılıçdaroğlunun toxunulmazlığına görə bir sıra məhkəmə işlərinə xitam verilirdi, indi onlara baxılacaq”.

Keçmiş namizədi əksər maddələrə görə 4 ilə qədər, bütün maddələr üzrə cəmi 110 il həbs cəzası gözləyir.
“Bu iddiaların real işlərə çevriləcəyini proqnozlaşdırmaq olar”, – nəşr qeyd edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki