image-kocaryan-273755backend

Köçəryan-Ermənistan ordusu öz ərazilərini qorumaq gücüdə deyil

image-reklam_sirab_01

Bu gün ermənilər Azərbaycanın tarixi dədə-baba torpaqları,İrəvan,Zəngəzur,Göyçə,Vedibasar və neçə-neçə adını sadalamadığımız torpaqlarımız üzərində qurduqları Ermənistan adlı ölkənin 30 illiyini qeyd edirlər.

Veteninfo.az xəbər verir ki., bu terror və qanla bəslənən,Rus İmperiyasının Cənubu Qafqazdakı forpostu olan Ermənistanın,atası azərbaycanlı olan, sabiq preizdenti Robert Köçəryan bəyanatla çıxış edib.

Köçəryanın bu bəyanatı 30 il boyunca verdiyi bəyanatlardan fərqlənib. Sonunda Qarabağda azərbaycan türkünün qanına əli batmış qatil,xalqının və ölkəsinin 44 günlük ikinci Qarabağ Vətən müharibəmizdə rəzil günə saldığımızı dərk edib.Elə bu səbəbdəndir ki, Köçəryasnın bəyanatında bu rəzillikləri,məhv olmaları açıq-aşkar hiss olunur.

Köçəryan deyir: “Qeyd etdiyi kimi, bu gün Ermənistanın Müstəqillik Gününün 30 ili tamam olanda xalqın bu əlamətdar gündə yaşayacağı sevinc yoxdur.Planlaşdırılan ağır məğlubiyyətdən, ərazi itkilərindən, suverenliyin qismən itirilməsindən və minlərlə şikəst həyatından sonra necə ürəkdolusu bayramlaşmaq olar. Müstəqilliyimiz Artsaxdakı qələbəmizlə ayrılmaz şəkildə əlaqəli idi.Bir il əvvəl ölkə Silahlı Qüvvələri ilə fəxr edirdi və Cənubi Qafqazdakı geosiyasi vəziyyətin əhəmiyyətli bir faktoru idi. Bu gün Ermənistan nəinki Dağlıq Qarabağın təhlükəsizliyinin qarantı olmağı dayandırdı, həm də öz suverenliyini və vətəndaşlarını qoruya bilmir. Ölkənin son 30 ildə qürur duyduqlarını itirdi.Məğlubiyyət və onu simvolizə edən gücün ilham və yaradılış mənbəyi ola bilməz”.

 

Köçəryan bəyanatında bəyan edir ki,artıq xalq erməni ordusuna inanmır və belə bir ordu dövləti qorumaq,onun sərhədlərini mühafizə etmək qabiliyyəti daşımır.

 

Qyd edək ki, sentyabrın 21 -də Ermənistan Respublikası müstəqilliyinin 30 -cu ildönümünü qeyd edir. Məhz 1991 -ci ilin bu günü  tarixi Azərbaycan torpaqları üzərində  ermənilər referendum keçirilər: 1918-ci ildə İrəvanı, 1920-ci ildə Göyçəni,ondan sonra isə neçəçə-neçə yurd yerlərimiz soyqırıma məruz qaldılar,elindən-yurdundan didərgin salındılar və sonda da bu torpaqlarımızda ermənilər müstəqil dövlət qurdular.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki