Türkiyənin İsveçin NATO-ya daxil olmasına icazə verməsindən sonra Rusiya açıqlama verib.
Açıqlamada “Türkiyənin NATO qarşısında öhdəlikləri var, biz bunu başa düşürük” deyilib.
Mövzu ilə bağlı Kreml açıqlama yayıb:
“İsveçin NATO-ya üzvlüyü ilə bağlı Türkiyənin NATO qarşısında öhdəlikləri var, bunu başa düşürük. Türkiyə ilə fikir ayrılıqlarımız olsa da, münasibətlərimizi yaxşılaşdırmaq istəyirik.
Qeyd edək ki, prezident Rəcəb Tayyib Ərdoğan iyulun 10-da Vilnüsdə İsveçin Baş naziri Ulf Kristersson və NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşüb və üçtərəfli zirvə toplantısından sonra keçirdiyi mətbuat konfransında baş katib tərəflərin razılaşdığını və İsveçin NATO üzvlüyünün Türkiyə Böyük Millət Məclisinə təqdim ediləcəyini bildirib.