Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistan-Azərbaycan sərhədində missiyanın yerləşdirilməsi məsələsinin müzakirəsinə qayıtmağa hazırdır.
Vətəninfo.az xəbər verir ki, bunu RİA Novosti agentliyinə müsahibəsində Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə birinci departamentinin direktoru Mikael Ağasandyan deyib.
Onun sözlərinə görə, təşkilat rəsmi Yerevanın müsbət cavabını və bu təkliflə bağlı əsaslı işlərin bərpasını, həmçinin müttəfiqə kömək üçün digər birgə tədbirlərin həyata keçirilməsini gözləyir.
“Biz əminik ki, müvafiq qərarların qəbulu regionun ümumi vəziyyətinə müsbət təsir göstərəcək. “Qərb ölkələri Rusiyaya və onun Cənubi Qafqazdakı mövqelərinə maksimum ziyan vurmaq üçün Rusiyanın yaxın müttəfiqlərinə, o cümlədən Ermənistana siyasi və iqtisadi təzyiqlər göstərməyə çalışır”, – Ağasəndyan qeyd edib.
Onun sözlərinə görə, KTMT hər hansı beynəlxalq təşkilat kimi sehrli çubuq deyil.
“Qarabağ münaqişəsi ən çətin problemlərdən biridir, onun həllinin yeganə yolu Ermənistan-Azərbaycan münasibətlərinin danışıqlar əsasında ardıcıl tənzimlənməsidir”, – Rusiya XİN-in nümayəndəsi bildirib.