Veteninfo.az xəbər ver ki, bu gün Düşənbədə KTMT sammiti keçirilir. Rusiya mediasının xəbərinə görə, ilkin olaraq KTMT üzv dövlətlərin liderləri strukturun kollektiv cavab qüvvələrinə müasir silahlar verilməsi planını təsdiq ediblər. Eyni zamanda iclasda Əfqanıstandakı vəziyyətlə əlaqədar olaraq Mərkəzi Asiyada operativ cavab qüvvələrinin yerləşdirilməsi planına aydınlıq gətirilib, hərbi polis, hərbi istintaq xidməti, hərbi məhkəmələr və hərbi prokurorluğun yaradılması haqqında müqavilə imzalanıb.
Məlumata görə, KTMT -nin növbəti sammiti bu ilin sonunda İrəvanda baş tutacaq.


























