image-timthumbbackend

“KTMT öz işinin öhdəsindən gələ bilmir” – Lukaşenko

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, KTMT-yə üzv ölkələrin xarici işlər nazirləri ilə görüşdə Belarus prezidenti Aleksandr Lukaşenko qeyd edib ki, təşkilat bəzən konkret problemlərin həllinə görə haqlı olaraq tənqid olunur.

“Məsələn, Qırğızıstan uzun müddətdir ki, Tacikistanla münaqişənin həlli üçün yardım istəyir, Ermənistan əsaslı iddialar irəli sürür ki, biz onların problemlərini həll etməsək, KTMT ölkələri həmişə bir-birini günahlandıracaq və təşkilatın işindən narazılıqlarını ifadə edəcəklər. Ona görə də KTMT ölkələrinin problemlərini dərindən araşdırmaq və həll yollarını axtarmaq lazımdır. Problemlər var, onları həll etmək lazımdır, nə qədər çətin olsa da. Və bəzən onların mürəkkəbliyinə görə biz onları həll etmək istəmirik”, – Lukaşenko bildirib.

O vurğulayıb ki, Qərb bu problemlərin həllinə qarışsa, nəsə etmək daha çətin olacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki