image-reklam-veteninfo
image-111backend

Leysan yağışları nəticəsində ölənlərin sayı 49 nəfərə yüksəlib

image-reklam-veteninfo

Cənubi Koreyada şiddətli yağışların səbəb olduğu fəsadlar, o cümlədən daşqın, sürüşmə, palçıq axını nəticəsində ölənlərin sayı 49-a çatıb, azı 9 nəfər itkin hesab olunur.

Bir neçə gündür davam edən leysan yağışları ölkənin müxtəlif bölgələrində infrastruktura, evlərə xeyli ziyan vurub. Ölüm hallarının çoxu torpaq sürüşməsi nəticəsində baş verib. Şimali Çunqçonq vilayətində isə avtomobil yolundakı 685 metr uzunluğunda tunelə su dolması nəticəsində 15 avtomobil tuneldə qalıb. Xilasedicilər həmin tuneldəki avtobusdan 13 nəfərin meyitini çıxarıb, 9 nəfər isə xilas edilib.

Leysan yağışları səbəbindən 14 şəhər üzrə təxminən 10 mindən çox sakin təxliyə edilib. Vətəninfo.az xəbər verir ki, Koreya Kənd Təsərrüfatı Nazirliyi 20 min hektar əkin sahəsini bu basdığını, 560 min baş heyvanın tələf olduğunu açıqlayıb.

Meteorologiya xidməti şiddətli yağışların qarşıdakı bir neçə gün davam edəcəyini proqnozlaşdırıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki