image-reklam-veteninfo
image-1backend

Әli Yerlikaya: ‘‘Son iki ayda 119 terrorçu zәrәrsizlәşdirilib’’

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, Türkiyənin daxili işlər naziri Əli Yerlikaya son 2 ayda separatçı terror təşkilatı PKK-ya qarşı keçirilən əməliyyatlarda 119 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.

Əli Yerlikaya özəl televiziya kanallarının birinə verdiyi müsahibədə gündəmdəki aktual mövzuları qiymətləndirib.

Daxili işlər nazir terrorla mübarizə əməliyyatlarında zərərsizləşdirilən terrorçuların sayı ilə bağlı sualı cavablandıraraq deyib:

“Vəzifəmin icrasına iki ay əvvəl başladım. Separatçı terror təşkilatına qarşı 478 əməliyyat həyata keçirdik. Bu əməliyyatlar nәticәsindә 740 nəfər saxlanılıb. Onlardan 182-si həbs edilib, 88-i barəsində məhkəmə nəzarəti həyata keçirilib. 24 min 107 əməliyyat nəticəsində 119 terrorçu zərərsizləşdirilib”.

Əli Yerlikaya əməliyyatların fasiləsiz həyata keçirildiyini qeyd edib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki