İspaniyanın ABC telekanalı Madrid Formula 1 yarış meydançasından 300 metr kabel oğurlandığını bildirib.
Vətəninfo.az xəbər verir ki, İspaniya paytaxtında polis araşdırmaya başlayıb.
Oğurluq İspaniya Qran Prisindən iki həftə əvvəl baş verib.
Madrid 1981-ci ildən bəri ilk dəfə Formula 1 yarışına ev sahibliyi edəcək. Yarış 11-13 sentyabr tarixlərində keçiriləcək.


























