image-78backend

Mahir Məmmədov kişi şahmat millimizin uğursuzluğundan danışdı: “Şəhriyara istirahət verməməliydik”

image-reklam_sirab_01

“Kişi şahmat millimiz Avropa çempionatında həddindən artıq çox heç-heçə etdi. Əfsuslar olsun ki, komandamızın yeganə uduzması sonuncu turda Fransa ilə görüşə təsadüf etdi. Onadək 4 qələbə və 4 heç-heçə etmişdik və cəmi bir lövhədə uduzmuşduq (Macarıstanla görüşdə Qədir Hüseynov uduzub – S.M.). Komanda da çox yaxşı çıxış edirdi. Ancaq IX turda Şəhriyar Məmmədyarovun birinci lövhədə Əlirza Firuzcaya uduzması həlledici rol oynadı. Yoxsa minimum ikinci ola bilərdik”.

Sloveniyada keçirilən komandalararası Avropa çempionatında reytinqdə ikinci olan kişi millimizin yarışı beşinci sırada bitirməsinin səbəbini açıqlayıb. O, sonradan Avropa çempionu olan Ukrayna ilə görüşdə şahmatçılarımızın qəsdən tanış rəqiblərlə heç-heçəyə imza atması iddiasını qəbul etmədiyini bildirib:

“Əlbəttə istərdim ki, VIII turda Ukrayna ilə görüşdə bir qədər aqressiv oynayaq. Ancaq heç-heçə etdik. Əgər Ukraynanı udsaydıq, sonuncu turda üzərimizdə təzyiq az olardı. Əfsuslar olsun ki, biz çempionatı IX turda yox, VIII turda uduzduq.

Ancaq Ukrayna ilə danışılmış oyun iddiasını qəbul etmirəm. Sadəcə olaraq, Ukrayna ilə görüşdə Şəhriyara bir gün dincəlmək imkanı yaratdıq. Çünki biz danışmışdıq ki, hər bir şahmatçı 8-dən çox oyun keçirməsin. Ancaq Şəhriyar həmin oyunda çıxış etməliydi. Qərarlarımızda müəyyən yanlışlıq olub. Mən bunu inkar etmirəm. Əsas odur ki, verdiyimiz qərar düşünülmüş və yaxşı nəticə qazanılması üçün edilib. Düzdür, indi baxıb görürük ki, həmin qərarı başqa cür versəydik, daha əlverişli olardı. Ukraynanı yensəydik, sonuncu turda bizə daha rahat olardı”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki