image-img_20230614_095049backend

Mahmud Abbaszadə Meşkini: “Ermənistan bölgədə bir yaradır”

image-reklam_sirab_01

Ərdəbilli deputat Ermənistanın Metsamor atom elektrik stansiyasının tullantılarını Araz çayına axıtmasından sonra xərçəng xəstəliyindən əziyyət çəkən insanların artması barədə xəbərdarlıq edib . Vətəninfo.az xəbər verir ki, Khabar Online saytı yazır ki, İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komisiyyasının üzvü Mahmud Abbaszadə Meşkini deyib:

“Tullantıları Araz çayına axıdılan Ermənistanın Metsamor atom elektrik stansiyası National Geographic jurnalına görə dünyanın ən təhlükəli elektrik stansiyası hesab edilir və çayın keçdiyi əraziləri, xüsusilə də Ərdəbili çirkləndirir və bu çirklənmə insanlarda mədə xərçəngi və həzm xəstəlikləri yarada bilər. Ermənistan bu əməlləri ilə bölgədə bir yara olduğunu sübut edir.”.

“Bu yaxınlarda Ərdəbil Tibb Elmləri Universitetinin səhiyyə üzrə prorektoru Məhəmməd Cəfərzadə Ərdəbil əhalisinin sayına görə 22-ci əyalət olduğunu, lakin ölkədə həzm və mədə xərçəngindən əziyyət çəkən insanların sayına görə ilk əyalət olduğunu bildirib. Bunun səbəbləri araşdırılmalıdır”,- deyə, Ərdəbildən seçilmiş millət vəkili qeyd edib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki