image-resizebackend

“Makron xoruzlanır. Yazıq Fransuz xalqı…” – Rəsul Quliyev

image-reklam_sirab_01

“Fransa Avropa müharibə teatr səhnəsində həmişə uduzub. 20-ci əsr I dünya müharibəsində 1918-ci ilin axırında ABŞ qoşunları 1 ay geciksəydi, Fransaya daxil ola bilməzdi, çünki Almanlara maksimum 15 gün lazım idi Fransanı işğal etsin. II dünya müharibəsində Fransa Polşadanda tez almanlara məğlub oldu. Baxmayaraq ki, Polşa iki cəbhədə vuruşurdu qərbdən Almaniya şərqdən isə Qırmızı ordu bu ölkəni bölürdülər. Almanlar Polşaya 600 min bolşeviklər isə 1 milyonluq ordu yeritmişdi. Həm birinci, həm də ikinci dünya müharibəsinin başlamasının əsas səbəbkarı Rusiya idi”.

Veteninfo.az  xəbər verir ki, bunu Azərbaycam parlamentinin eks-spikeri Rəsul Quliyev deyib. O, bildirib ki, ABŞ və Böyük Britaniya Fransaya əsas iştirakçı statusu bağışlayandan sonra De Qoll 60-cı illərdə konstitusiya qəbul etdi.

1974-cü ildən Jiskar De Esten, Mitteran, Şirak, Sarkozi, Holland və Makron prezident seçiliblər.

“Mən şəxsən Makron prezident seçiləndə bu adam gəncdir, iqtisadiyyatı yaxşı bilir, qismən konservatordur deməli yaxşı işləyəcək, Fransanı reformalar gözləyir deyə düşündüm. Ancaq nəticə əksinə oldu. Bu adamın reformalarının heç biri baş tutmadı. Fransuz xalqı onun hər bir siyasətinə yox dedi. Öz ölkəsində nələrin baş verdiyini anlamayan Makron başqalarına məsələn Ərdoğana, Putinə, Əliyevə, Paşinyana indi də Natanyahuya dərs vermək istəyir. İndiyə qədər seçilmiş prezidentlərin içərisində Makron ən zəifidir. Bu tipli böyük ölkələrdə prezidentlərin belə özündən müştəbeh olması həm öz xalqı, həm də qonşular üçün təhlükədir. Tarixi almanlardan qorxan Makron az qalır Merkelin portfelini daşısın, ancaq Ermənistanın qarşısında xoruzlanır. Yazıq Fransuz xalqı…

Azərbaycan ordusu hərbi manevrlər keçirməyə başlayır. Bu manevrlər bütün variantları nəzərə alaraq keçirilməlidir, həm hava hucumundan, həm dənizdən və ən əsası dağlıq şəraitində quru qoşunların müharibə şəraitinə uyğun hazırlığına həsr edilməlidir. Ümid edirəm ki, bizə dost olan ölkələrin hərbi ekspertləridə bu manevrlərə baxmağa dəvət olunub.

Mən Ermənistan və Fransa nümayəndələrini də bu manevrlərə baxmağa dəvət edərdim. Liviyanın əlində aciz qalmış Makronun hərbi ekspertləri bu manevrlərə baxsaydı, o Azərbaycanın üzərinə kəkələməyə son qoyardı.

Ermənistan isə 1991-ci ildə Sovet dağılmamışdan öncə Azərbaycanla olmuş sərhədlərinin qaytarılacağına əmin olardı və abırla bu işğalda olan torpaqları qaytarardı. Ancaq bu torpaqların qaytarılması fikirimcə bir aydan sonra,yəni seçkilərdən sonra baş tutacaq. Darıxmaq lazım deyil. Şimal qonşumuza Ermənistanı asanlıqla ələ keçirməyə şərait yaratmaq ziyanımızadır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki