image-reklam-veteninfo
image-image_750x_64d1d59943bd1backend

Məşhur kinorejissor vəfat etdi

image-reklam-veteninfo

“The French Connection” və “The Exorcist” filmləri ilə tanınan amerikalı kinorejissor Uilyam Fridkin vəfat edib. Vətəninfo.az xəbər verir ki, məlumatı “Variety” yayıb.
Rejissor Los-Ancelesdə dünyasını dəyişib. Avqustun 29-da onun 88 yaşı tamam olacaqdı.

Media qeyd edir ki, Fridkin 1970-ci illərdə risk etməkdən çəkinməyən yeni nəslin aparıcı rejissorlarından birinə çevrilib. Televiziyadakı iş təcrübəsini qabaqcıl montaj üslubu ilə birləşdirərək, “qorxu” və “polis trilleri” janrlarına böyük təkan verdi.
1971-ci ildə çəkilmiş “Fransız müxbiri” filminə görə Fridkin “Oskar” mükafatını (ən yaxşı rejissor) qazandı.

Onun 1973-cü ildə 12 milyon dollarlıq büdcə ilə ekranlara çıxan “The Exorcist” filmi 428 milyon dollar gəlir əldə etdi və iki mükafat qazanaraq 10 Akademiya Mükafatına namizəd oldu. O, həmçinin “Los Angelesdə yaşamaq və ölmək”, “Qatil Co”, “Cadugər” filmlərinin rejissorudur.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki