image-downloadbackend

Məşhur Məmmədov: “Ermənistanın Syunik və Gegharkunik dedikləri torpaqlar Azərbaycanın ata-baba torpaqları Qərbi Zəngəzurdur”

image-reklam_sirab_01

Ermənistanın İnsan hüquqları üzrə Ombudsmanı Arman Tatoyan İrəvanda keçirdiyi mətbuat konfransında bildirb ki, mövcud şəraitdə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası Syunik və Gegharkunik icmaları sakinlərinin hüquqlarının pozulmasını qanuniləşdirir.

Ermənistanın ombudsmanın səsləndirdiyi bu açıqlama ilə bağlı Vətəninfo.az-a danışan millət vəkili Məşhur Məmmədov bildirib ki,hazırda ermənilərin Syunik və Gegharkunik adlandırdı ərazilər Qərbi Zəngəzur mahalıdır və bu gün Azərbaycan ordusunun dayandığı mövqelər də məhz Sovet ittifaqı dönəmində müəyyən edilən sərhədlərdir: “Ermənistan hakimiyyəti,eyni zamanda onların başbilənləri də gözəl dərk edirlər ki,Azərbaycan ordusu bu gün mövcud olduğu ərazilərdən çıxmayacaq.Onlar belə açıqlamalar verərərk bu bölgədə yaşayan erməniləri aldatmaqla məşğuldurlar”.Millət vəkilinin sözlərinə 44 günlük 2-ci Qarabağ vətən müharibəsində Ermənistan rəhbərliyi kaputuliyasiya aktına imza ataraq,birdəfəlik Qarabağın Azərbaycanın əbədi və əzəli torpağı olduğunu qəbul edib.İndi Ermənistan üçtərəfli razılaşmanın şərtlərindən biri olan Zəngəzur dəhlizinin tez bir zamanda açılmasına manilər yaratmaq üçün çabalayırlar: “Bu da mümkün deyil.Azərbaycan Respublikasının prezidenti,Ali Baş Komandan bu günlərdə səsləndirdiyi fikirdə də bir daha vurğuladığı kimi Ermənistan istəsə də istəməsə də bu dəhliz açılacaq.Yaxşı olar ki,Ermənistan bölgədə sülhün və sabitliyin,iqtisadi dirçəlişin daha da güclənməsinə yönəlik siyasət aparmağa səy göstərsin.Əks təqdirdə dəmir yumuruq yerindədir.istənilən an Ermənistan dəmir yumruğun zərbəsin hiss edə bilər”.

 

Faiq

Veteninfo.az 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki