image-downloadbackend

Məşhur Məmmədov: “Ermənistanın yenidən silahlanma istəyi sadəcə ağılsızlıqdı”

image-reklam_sirab_01

Veteninfo.az erməni mediasına istinadla xəbər verir ki, Ermənistanın sosioloji elmlər namizədi Samvel Manukyan “Beyin fırtınası: seçkidən sonrakı Ermənistan, reallıqlar və gözləntilər” mövzusunda keçirilən müzakirə zamanı bildirib ki,erməni ordusunun yenidən güc toplaması üçün ən azı 2-3 il vaxt lazımdır. Onun sözlərinə görə, ölkədəki qeyri-sabitlik dörd əsas faktorla əlaqəlidir. “Parlament çoxluğu ilə müxalifət arasında aşılmaz bir uçurum var. Ermənistan və Rusiyanın siyasi elitaları arasında inamsızlıq davam edir. Ermənistandakı bütün siyasi qüvvələr ölkənin suverenliyinin aşağı səviyyəsindən xəbərdardırlar. Eyni zamanda, onların əhəmiyyətli bir hissəsinin faktiki hərəkətləri, Ermənistanın rus elitaları arasında inamsızlığını artırır”.
Milli Məclisin üzvü,millət vəkili Məşhur Məmmədov Vətəninfo.az-a açıqlamasında bildirib ki,Samvel Manukyan görünür Ermənistan ordusunun 44 günlük müharibədə Azərbaycan ordusu tərəfindən hansı rəzil vəziyətə dücar olduğundan xəbərsizdir:” Ermənistan son 30 ildə Rusiyanın forpostu olaraq Kremlin tərəfindən qarşılıqsız mütəmadi olaraq müxtəlif hərbi təyinstlı yardımlarla təchiz olunub.”İsgəndər” reketlərindən tutmuş S-300,S-400 eaketlərinə belə sahib idi.Rusiya son 30 ildə davamlı olaraq Ermənistana uzun müddətli hərbi kreditlər verib. Elə 2018- 2019 )-cu illərdə 2 milysrd dollarlıq silah sursatın hıdiyyə olunması Ruaiyanın özündə belə ciddi etirazlar yaratdı.Bu sadaladığım silahların 70-80 faizi bu gün Bakıda Hərbi Qənimətlər Parkında.Ermənistan ordusunun 2-3 ərzində dirçəltmək istəyi sadəcə olaraq bir arzu ola bilər.İkincisi də ordunu dirçəltmək üçün,formalaşdırmaq üçün əsgər və zabit heyyətə ehtiyac var.10 mindən artıq itgi verən, bir orduya əsgər və zabiti hardan gətircəklər.Üçüncüsü bu gün Ermənistanda insanlar övladlarını hərbi təmaüllü məktəblərə qoymaqdan imtina edirlər”. Məşhur Məmmədovun sözlərinə görə,Ermənistanın siyasi elitası,ziyalıları,QHT-rı bütövlükdə erməni cəmiyyəti ordu yaratmaqdan daha çox getdikcə dərinləşən sosial-iqtisadi burulğandan çıxmağın yolların axtarmalıdırlar: “Ölkə iütisadi iflasın astanasındadı.Əhali sürətlə yoxsullaşır,insanların sabaha ümidləri yoxdu.Bu iflasın yeganə yolu bölgədə sülhün təmin edilməsi,Azərbaycanla komukikasiya əlaqələrinin bərpasından keçir.Bütün bu acınacaqlı vəziyyət olduğunu anlamaq yerinə orduya,silahlanmaya yenidən dönmək sadəcə olaraq ağılsızlıq olar”.

Gülşən


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki