image-timthumbbackend

Messi “Barselona”da

image-reklam_sirab_01

Argentina millisinin kapitanı Lionel Messi sabiq klubu Barselona ilə razılığa gəlib. Bu iddia ilə İspaniya mediası çıxış edib. Vətəninfo.az xəbər verir ki, bundan öncə Messinin çıxış etdiyi PSJ-nin mətbuat xidməti hücumçu Lionel Messinin mövsüm başa çatdıqdan sonra Paris klubunu tərk edəcəyini açıqlayıb.

“Paytaxtdakı iki mövsümdən sonra Leo Messi ilə PSJ arasındakı macəra 2022-23 mövsümündən sonra sona çatacaq.

Klub Leoya gələcək karyerasında daha böyük uğurlar arzulayır”, – deyə klubun bəyanatında deyilir.

Messi iki mövsümdə PSJ-də 74 oyun keçirib və 32 qol vurub.

Daha əvvəl mətbuatda Messinin karyerasını Amerikanın “İnter Mayami” klubunda, Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandasında davam etdirə və ya “Barselona”ya qayıda biləcəyi barədə xəbərlər yayılmışdı. Dünən isə Messinin Kataloniyaya gəldiyi bildirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki