image-indirbackend

Millət Vəkili: “Ermənistanın iki yolu var ya sülh,ya da…”

image-reklam_sirab_01

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan və Rusiya Baş nazirinin müavini Aleksey Overçuk avqustun 17-də Moskvada üçtərəfli İşçi Qrupunun işini bərpa etdi.

Veteninfo.az xəbər verir ki, Rusiya hökumətinin bəyanatında deyilir ki, Çərşənbə axşamı günü keçirilən görüşdə tərəflər Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarının bərpasının perspektivlərini və Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 11 yanvar 2021 -ci il tarixli bəyanatı çərçivəsində gələcək işlərin gedişatını müzakirə etdilər.

Qeyd edək ki, Ermənistanın nəqliyyat kommunikasiyalarının açılmasından imtina etməsi səbəbindən Işçi qrupunun iclası uzun müddət keçirilmirdi.

Keçirilən görüşlə bağlı müxbirimizin sualların cavablandıran millət vəkili Məşhur Məmmədov bildirib ki,10 noyabr üçtərəfli (Azərbahycan-Ermənistan-Rusiya) anlaşmasının müddialarından biri də üçtərəfli işçi qrupunun yaradılması və anlaşmadan irəli gələn məsələlərin həlli istiqamətində çalışmaq olub: “Bildiyiniz kimi Ermənistanın nəqliyyat kommunikasiyalarının açılmasından imtina etməsi səbəbindən işçi qrupunun iclası uzun müddət keçirilmirdi.Amma Azərbaycan davamlı olaraq müxtəlif platformalarda anlaşmanın şərtlərinə uyğun olaraq Ermənistanın addımlar atmasını tələb edirdi.Azərbaycan prezidenti Cənab İlham Əliyev həm Zəngəzur dəhlizinin açılması,eyni zamanda minalanmış ərazilərin xəritələrinin verilməsi,sülhməramlıların nəzarət etdiyi Azərbaycanın Xankəndi və digər məntəqlərdə mövcud olan Ermənistan ordusunun çıxarılması və s. məsələlərin həllində rəsmi İrəvanın addımlar atmasını tələb etməsi ən doğru addım olaraq qəbul edirlir. Rusiya özü belə Ermənistanın üçtərəfli imzalanan 10 noyabr anlaşmasına əməl etməsini Paşinyan hökumətindən tələb edir. Vladimir Putinin bununla bağlı səsləndirdiyi bir fikir vardır ki,əgər Ermənistan 10 noyabr anlaşmasından boyun qaçıracağı təqdirdə,bunun acı nəticələri ilə rastlaşmalı olacaq”. Məşhur Məmmədov bildirib ki,bu açı nəticə də Azərbaycan prezidentinin,Ali Baş Komandanın Dəmir Yumruğudur: “ Ermənistan ya bölgədə Azərbaycanla sülh müqaviləsi bağlayıb normal inkişaf yolu seçməlidir.Bunun üçün də ilk növbədə Azərbaycanın ərazi bütövlüyünü tanımalı,sülh müqaviləsin bağlamalı,komunikasiya xətlərinin mərhələli şəkildə həyata keçirməsinə yönəlik addımlar atmalı,ya da qeyd etdiyim kimi Azərbaycan ordusunun qarşısında ikinci dəfə ağ baayraq qaldırmalıdır”. Millət vəkilinin sözlərinə görə, bu üçtərəfli komissiyanın işinin yenidən bərpası göstərir ki,rəsmi İrəvan yaranmış vəziyyəti dərk edir və erməni xalqının da bundan sonra öz qonuşuları ilə normal münasibətlər içərisində yaşamasını göz önünə gətirərək komissiyanın işinin bərpa olunmasına addım atıb.

 

Vətəninfo.az

 

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki