image-ayibackend

Milyarder adamı ayı bilib güllələdi

image-reklam_sirab_01

Rusiyada bölgənin ən imkanlı şəxslərindən olan, milyarder iş adamı və siyasətçi Iqor Redkin ayı hesab etdiyi bir nəfəri vuraraq öldürdüyünü açıqlayıb.

Veteninfo.az Rusiya KİV-nə isitnadən xəbər verir ki,Redkin, media orqanlarına göndərdiyi yazılı açıqlamada, Kamçatkadakı Ozernovski kəndində evinin yaxınlığındakı şöp konteynerinin yanında bir ayı olduğunu düşünüb və heyvanı qoxutmaq məqsədi ilə silahı ilə atəş etdiyini etiraf edib. Bir səs eşitdikdən sonra evdən çölə çıxınca bir qaraltı gördüyünü və ayı olduğunu düçünərək atəş etdiyini,daha sonra bölgədə yaşayan birinin silahla yaralandığını ve çatdırıldığı xəstəxanada həyatını  itirdiyini öyrəndiyini vurğulayıb. Açıqlamaya görə 30 yaşındakı adam xəstəxanda həyatını itirməsinə səbəb  Redkinin tapancasından çıxan mərmi olub.

Kamçata Yarımadasındakı çox sayıda şirkətin ortağı və Kamçatka Regional Məclisinin üzvü olan,bölgənin ən zəngin adamlarından biri olan Redkin, günahını etiraf etməyə və məhkəmənin verəcəyi qərarı gözlədiyini bildirib.

O eyni zamanda hadisənin səhəri günü polisə getdikdən və ifadə verdikdən sonra.hadisə ilə bağlı təhqiqat aparılmağa başlanılıb.

Bundan başqa Rusiya prezidenti Vladimir Putinin lideri olduğu Vahid Rusiya Partiyasındakı üzvülüyü dondurulub. Redikin qarşıdakı ay  Kamçatkada keçiriləcək seçkilərdə yenidən namizəd olmaqdan da imtina edib.

İki ilə qədər həbs cəzasına çatdırılması gözlənilən Redkin mhəkəmənin və təhqiqatın aparıldığı müddətdə ev həbsində qalacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki