image-yevlaxbackend

Milyonları məimsəyən Qoca Səmədov həbsdən buraxıldı-REANİMASİYADA SÜNİ TƏNƏFFÜS APARATINA QOŞUBLAR

image-reklam_sirab_01

Yevlax Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov həbsdən buraxılıb. Bu keçmiş icra hakimiyyəti başçısının  vəkili Elnur Vəliyev məlumat verib. (APA)

Veteninfo.az xəbər verir ki, vəkil bildirib ki, bir müddət əvvəl sabiq icra başçısının vəziyyəti pisləşib və o, Bakı şəhərində Mərkəzi Klinikaya yerləşdirilib. Ötən gün isə həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatət verilib. Şəki Ağır Cinayətlər Məhkəməsi vəsatəti təmin edib və keçmiş icra başçısı barədə başqa yerə getməmək barədə iltizam tədbiri seçilib.Qoca Səmədovun vəziyyətinin hansı xəstəlik üzündən ağırlaşdığı haqda vəkili  məlumat verməyib. Lakin  Gununsesi.info keçmiş icra başçısına yaxın mənbələrə istinadən onun koronavirusa yoluxduğunu və vəziyyətinin kritik olduğunu bildirir. Məlumata əsasən bir neçə gün əvvəl onun vəziyyəti kəskin pisləşdiyindən saxlanıldığı təcridxanadan çıxarıblar və Şəki Mərkəzi Xəstəxanasında yerləşdiriblər. Q.Səmədovun orada süni tənəffüs aparatına qoşulduğu deyilir. (Görünür keçmiş başçının vəziyyəti daha da ağırlaşdığından onu Bakıya transfer ediblər,-red.)

Xatırladaq ki, bir neçə gün əvvəl Ağstafanın rüşvət və korrupsiya əməllərinə görə həbs olunmuş keçmiş icra hakimiyyəti başçısı Nizaməddin Quliyev koronavirusdan ölüb.  Daha sonra Biləsuvarın eyni əməllərə görə ötən il həbs edilmiş keçmiş başçısı Mahir Quliyevin də koronavirusa yoluxduğu açıqlanıb.

Onun vəziyyəti ağırdır və ötən gün Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki